Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FİFA referisi Əli Cəbrayılov növbəti beynəlxalq təyinat alıb.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı futzal hakimi UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunda keçiriləcək oyunlarda ədaləti qoruyacaq. Qarşılaşmalar Bolqarıstanda təşkil olunacaq.

Cəbrayılov avqustun 27-də baş tutacaq iki görüşdə — Bolqarıstan təmsilçisi “Viten Orşa” ilə Cəbəllütariqin “Europa” klubları arasındakı oyunda 3-cü, Almaniyanın “Veilimdorf” – “Levski” (Bolqarıstan) matçında isə 2-ci hakim olacaq.

Həmyerlimiz ertəsi gün baş tutacaq “Veilimdorf” – “Viten Orşa” görüşünə isə baş hakim təyin olunub. Qrupun son turunun oyunlarına təyinatlar isə hələ ki açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью