Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin birgə komitələrinin 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın sosial inkişaf modeli 2026-cı ildə daha da inkişaf edib.
“Bizə təqdim olunan 2027-ci ilin dövlət büdcəsi ilə ölkəmizin sosial inkişaf və sosial dövlət modeli daha ciddi iqtisadi əsaslara sahib olacaq. 2026-cı ilin dövlət büdcəsində sosial xərclər, xərclərin ümumilikdə büdcə xərclərinin təxminən 41%-ni təşkil etdiyi halda, 2027-ci ilin dövlət büdcəsində bu xərclərin 44%-dən artıq olacağı proqnozlaşdırılır. Bütövlükdə sosial sahəyə ayrılan büdcə vəsaitlərinin artım tempi büdcənin ümumi gəlirlərinin və xərclərinin artım tempini üstələyir ki, bu da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sosial dövlət modelinin daha ciddi iqtisadi əsaslara, büdcə əsaslarına istinad etdiyini və belə hesab edirəm ki, gələcəkdə daha da gücləndiriləcəyini sübut edən çox ciddi faktlardır”, - o vurğulayıb.
Ə.Əhmədov əlavə edib ki, bu gün reallaşdırılan çox möhtəşəm layihələr içərisində Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması üstünlük təşkil edir:
“Bu layihə sadəcə olaraq investisiya layihəsi deyil, eyni zamanda iqtisadi və sosialyönümlü böyük bir layihədir. Bu layihənin həyata keçirilməsi Azərbaycan vətəndaşlarının ümumi rifah səviyyəsinin artmasına özünün təsirini göstərir.
Güman edirəm ki, Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər. Çünki ildən-ilə Azərbaycan iqtisadiyyatının inkişafı Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına kömək edir. Ayrı-ayrı sosial layihələrin həyata keçirilməsi, sosial paketlərin icra edilməsi bunun əyani sübutlarıdır”.
Mürtəza