Əli Əhmədov: Qadına hörmət cəmiyyətimizin milli dəyərlərindəndir

25.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan cəmiyyətinin milli dəyərlərinin aparıcı xüsusiyyətlərindən biri qadına, qıza olan böyük hörmət, qayğı və onun üçün hər şeyi etməyə hazır olmaq kimi mənəvi dəyərdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.

O bildirib ki, zorakılıqla mübarizə bəşəriyyəti hər zaman düşündürən problemlərdən biri olub. Hazırda dünyanın müxtəlif regionlarında və ölkələrində şiddət və zorakılığın müxtəlif formaları müşahidə olunur.

Əli Əhmədovun sözlərinə görə, müasir dünyada narahatlıq doğuran əsas məsələlərdən biri insanlara, o cümlədən qadınlara, yaşlılara və uşaqlara qarşı törədilən zorakılıqdır.

Sədrin müavini vurğulayıb ki, qadınlara qarşı gender əsaslı zorakılıq xüsusilə həssas məsələdir. Çünki qadınlar və qızlar xüsusi qayğıya, köməyə və yardıma ehtiyac duyan, buna haqqı çatan insanlardır.

O, belə tədbirlərin keçirilməsinin Azərbaycanın dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilən dəyərlərə sadiqliyini və həmin istiqamətdə fəaliyyətini nümayiş etdirdiyini diqqətə çatdırıb.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью