Əli Əkbər Əhmədian Bakıya gəlib

08.01.2025

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya gəlib. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
"Ali Liderin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi təhlükəsizlik diplomatiyası kontekstində, siyasi və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə Cənubi Qafqaza regional səfəri çərçivəsində Bakıya gəliblər”, - nəşr yazır. 

Bakı səfərindən sonra Əhmədian da Ermənistana gələcək və baş nazir Nikol Paşinyanla görüşəcək.

Aytac 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью