Əli Əsədov Anqolanın vitseprezidenti ilə görüşdü

11.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Baş nazir Əli Əsədov noyabrın 11-də Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью