Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib

12.11.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.

Nazirlər Kabinetindən Milli.Az-a bildiriblər ki, söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью