Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü FOTO

17.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 17-də İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.
Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:
“Barselona” klubunun prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO


Sonra Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью