Əli Əsədov BMT rəsmisi ilə görüşdü

15.11.2024

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Hurriyyet.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью