Əli Əsədov BMTnin İnkişaf Proqramının administratoru ilə görüşüb Doğru Xəbərlər

15.11.2024

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью