Əli Əsədov BP nin vitse prezidenti ilə perspektivli layihələri müzakirə edib

02.03.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Baş nazir Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalıtərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью