Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

11.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mili.Az-a bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью