Əli Əsədov Cevdet Yılmaza başsağlığı verdi

21.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Baş nazir bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью