Əli Əsədov daha bir qərar imzaladı

21.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsində dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin saxlanma xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Fondun vəsaiti hesabına formalaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью