Əli Əsədov: Dörd il ərzində 2700 kilometrdən çox avtomobil yolu yenidən qurulub AZƏRTAC

16.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 dekabr, AZƏRTAC

2021-ci ildən bu günədək ölkə üzrə 2700 kilometrdən çox avtomobil yolu yenidən qurulub və təmir olunub.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bunun yarısından çoxu - 1430 kilometri yerli əhəmiyyətli yollardır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə uzunluğu 3200 kilometr təşkil edən 45 layihə icra edilir, o cümlədən yerli əhəmiyyətli 1275 kilometr yol tikilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью