Əli Əsədov Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiqlədi

22.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiqlənib.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью