Əli Əsədov Gürcüstana səfər edəcək

02.10.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş nazir Əli Əsədov oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə beynəlxalq tədbirin rəsmi saytında bildirilib.

Hökumət başçısı forumun əsas spikerlərindən biri olacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin himayəsi altında təşkil olunacaq foruma Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılacaq.

Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də təmsil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью