Əli Əsədov: Gürcüstanda yayda enerji sistemində ciddi qəzadan sonra Azərbaycan operativ dəstək göstərib

30.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulda Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəzadan sonra Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılmış və hazırda da bu səviyyədə davam etdirilir:

"Birgə həyata keçirdiyimiz meqa enerji layihələri (BTC, Cənub Qaz Dəhlizi) bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur".

Baş nazir bildirib ki, yaşıl energetika sahəsində əməkdaşlığın uğurlu nəticəsi olaraq bu gün iki ölkə Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıblar.

Onun fikrincə bu layihə də Avropanın enerji təhlükəsizliyi üçün mühüm faktor rolunu oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью