Əli Əsədov Gürcüstanın baş nazirini təbrik etdi

29.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью