Əli Əsədov İrana getdi Fotolar | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır. Fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu