Əli Əsədov İranın naziri ilə görüşdü

20.11.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Unikal"a bildiriblər ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.

Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью