Əli Əsədov iranlı nazirlə görüşdü

20.11.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş nazir Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

Nazirlər Kabinetindən (NK) “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.

Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью