Əli Əsədov onu işdən çıxardı

08.09.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin sədrinin təqdimatına əsasən qəbul olunub.

Qərara əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə edilib.

Qərardan irəli gələn məsələlərlə bağlı Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью