Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

31.01.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Bu barədə "Bizimyol.info"ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində ölkələrarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью