Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi barədə qərar imzalayıb.
Redaktor.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, eləcə də “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin tətbiqinə dair Prezidentin 24 iyul 2024-cü il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.
Sənədə əsasən, xidməti parklanma yerləri təşkil edilən dövlət orqanlarının və qurumlarının siyahısı, onlara ayrılan parklanma yerlərinin sayı, həmçinin həmin yerlərin yerləşdiyi parklanma məntəqələrinin ünvanları təsdiq edilib.
Qərar 9 iyun 2026-cı il tarixində imzalanıb və 172 nömrə ilə rəsmiləşdirilib.