Icma.az, Adelet.az portalına istinadən məlumat verir. Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti ilə Bakıda rə
Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib, eyni zamanda, iki ölkə
Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd edilib.İnvestisiya əməkdaşlığını
İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub.
Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib.
Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib.
Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş “Rəqəmsal İpək Yolu” strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.Yaşıl enerji sahəsində əməkdaşlığın aktuallığı qeyd edilib.
Ə.Əsədov bildirib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub.Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunan hökumət başçıları fevral ayında İranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunun nəticələrini alqışlayıblar.