Əli Əsədov qərar imzaladı

22.05.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 noyabr tarixli 524 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 68 (Cild I); 2024, № 7, maddə 925; 2025, № 10, maddə 967) ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 1.13-cü bənd ləğv edilsin. 2. 2-ci hissə üzrə: 2.1. 2.6-cı bənddən “və əmək zəmanəti” sözləri çıxarılsın; 2.2. 2.10-cu bənd ləğv edilsin; 2.3. 2.11-1-ci bəndin birinci cümləsində “2.10-cu və 2.11-ci bəndlərində” sözləri “2.11-ci bəndində” sözləri ilə əvəz edilsin. 2 3. Həmin Qaydaya əlavə - “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının Qərarı”nın 4.6-cı bəndi ləğv edilsin.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью