Əli Əsədov qərar imzaladı

20.12.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları" təsdiq edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb və rəqabət komissiyasının formalaşdırılması, hüquq və vəzifələri, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələbləri müəyyən edir.

Bu Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью