Əli Əsədov Qırğızıstanın yeni Baş nazirini təbrik edib

19.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Baş naziri Əli Əsədov Adılbek Kasımaliyevə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə "Report" Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycanla Qırğızıstan arasında ümumi tarixi köklər və mənəvi dəyərlər üzərində qurulmuş ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.

Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının artan xətt üzrə səmərəli şəkildə inkişaf edəcəyinə, yeni məzmun və birgə layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda iki ölkənin qardaş xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdirilməsi üçün fəal işbirliynə hazırlıq ifadə olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью