Əli Əsədov: Son 5 ildə həyata keçirilən sosial islahat paketləri 4 milyon vətəndaşı əhatə edib AZƏRTAC

16.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı söyləyib.

Baş nazir bildirib ki, ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcəkdir. Son 5 ildə həyata keçirilən 4 sosial islahat paketi isə 7 milyard manat olmaqla 4 milyon vətəndaşı əhatə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью