Icma.az bildirir, Yenisabah portalına istinadən.
Baş naziri Əli Əsədov oktyabrın 29-30-da Gürcüstana işgüzar səfər edəcək.
"Yeni Sabah" xəbər verir ki, səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.
Əli Əsədovun gürcü vəzifədaşı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb. pizza mizza
Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.