Əli Əsədov və Kobaxidze “ART Riverfront Hotel Tbilisi”nin açılışında Fotolar

30.10.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Oteldə müxtəlif kateqoriyalara aid  152 otel otağı  və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

“ART Riverfront Hotel Tbilisi” PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью