Əli Əsədov yeni qərar imzaladı

06.10.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-cü il tarixli qərarında dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi maliyyə yardımının ödənilməsi ilə əlaqədar növbəti il üzrə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini

"Büdcə sistemi haqqında" qanunun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-nə qədər Maliyyə Nazirliyinə təqdim edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью