Əli Əsədovdan hərbi çağırışla bağlı Qərar

02.03.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə” təsdiq olunub.

Sənədin məqsədi səfərbərlik və hərbi xidmətə çağırış sahəsində məlumatların vahid platformada toplanması, idarə olunması və dövlət qurumları arasında operativ mübadiləsinin təmin edilməsidir.

Qərara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vahid elektron informasiya sisteminin formalaşdırılması, aparılması və inkişafı istiqamətində zəruri tədbirlər görəcək.

Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti qurumla birlikdə sistemin “Hökumət buludu” (G-cloud) platformasına inteqrasiyasını təmin etməli, həmçinin onun dövlət informasiya sistemləri reyestrlərinə daxil edilməsi və açıq məlumatların müvafiq portalda yerləşdirilməsi üçün tədbirlər həyata keçirməlidir.

Qərarda qeyd olunur ki, bir sıra dövlət qurumları və təşkilatlar sistemə məlumat inteqrasiyasını təmin etmək üçün altı ay müddətində zəruri addımlar atmalıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью