Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavinləri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Sənayenin tənzimlənməsi şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.
Bizim.Media