Icma.az bildirir, Axsham.az portalına istinadən.
Müğənni Əli Faiq Mirzəyev "Səs Azərbaycan" yarışmasındakı ifası ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, o, yarışmada Xalq artisti Tünzalə Ağayevanın "Pərvanə" mahnısını oxuyub. Əli Faiqin ifasına Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Eldar Qasımov dönüb. Sənətçiyə dönməyən isə təkcə Murad Arif olub.
Münsiflər ifaçının ünvanına təriflər yağdırıblar.
Əli bildirib ki, 12 ildir musiqi ilə məşğul olur. O, Xalq artisti Flora Kərimova ilə duet oxuduğunu deyib.
Ə.Faiq sonda Z.Xanbabayevanın komandasını seçib.