Əli hər yerdən üzülən Rusiya: Bu ölkənin investorlarına çağırış etdilər

15.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Baş nazir Mixail Mişustin Vyetnam işgüzar dairələrinin nümayəndələri ilə görüşdə onları Rusiyaya dəvət edərək, ölkə iqtisadiyyatına investisiya qoymağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Rusiya hökuməti başçısı deyib ki, Rusiya xarici tərəfdaşları üçün yaxşı imkanlar yaradır və Vyetnam nümayəndələrinin “milli iqtisadiyyatın bütün sahələrində” praktiki fəaliyyətlərdə iştirak edə biləcəklərinə əmindir.

Həmçinin bildirilir ki, baş nazir Vyetnam nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda və Şərq İqtisadi Forumunda iştirak etməyə dəvət edib.

Tural

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью