Əli Həşimli federasiya prezidenti seçildi

18.03.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 18-də “Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, yığıncaqda keçirilən səsverməyə əsasən, Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Eləcə də, Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью