Əli Hüseynli: Bəzi səfirlər Azərbaycanın daxili işlərinə müdaxilə edirlər

09.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlər, diplomatik nümayəndələr Azərbaycanın daxili işlərinə müdaxilə edirlər.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, hazırlanan bu qanun layihəsi həm də ölkəmizdə fəaliyyət göstərən diplomatlar üçün bir nümunədir: “Onlar düşünülməmiş bəyanatlar verirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью