Статья не опубликована
Əli Hüseynovun “Avant Group”u təbiətə 117 min manat ziyan vurub. İş prokurorluğa göndərildi | Icma.az

Əli Hüseynovun “Avant Group”u təbiətə 117 min manat ziyan vurub. İş prokurorluğa göndərildi

27.03.2025

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

AzNews.az xəbər verir ki, araşdırma zamanı, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndəriləcək.

Xatırladaq ki, "Avant Group"un Direktorlar Şurasının Sədri Əli Hüseynovdur.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью