Əli İnsanov onu özünə birinci müavin təyin etdi

01.07.2025

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının sədri Əli İnsanova yeni birinci müavin təyin olunub. 

AzPost bildirir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat verib.

İdarə Heyətinin bu gün keçirilən iclasında Əli İnsanov bu vəzifəyə Fərrux Binnətzadənin namizədliyini irəli sürüb.

İdarə Heyəti üzvləri səsvermə yolu ilə yekdilliklə Fərrux Binnətzadəni HƏP Sədrinin 1-ci müavini vəzifəsinə seçib.

F.Binnətzadə buna qədər  HƏP Sədrinin Təşkilatı məsələlər üzrə müavini postunu tuturdu.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью