Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son illər keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov siyasi fəaliyyətini məhdudlaşıdırb.
“AzPolitika” xəbər verir ki, 2 ilə yaxındır, onun təşkilata rəhbərlik etməsini əks etdirən hər hansı fəaliyyət ictimailəşdirilməyib. Belə ki, HƏP-in “Facebook” səhifəsində əsasən partiya üzvlərinin doğum günləri və başsağlılar yer alır, habelə rayon təşkilatlarının sədrləri ilə keçirilən müxtəlif toplantılar barədə foto və video materiallar yerləşdirilib. Amma bu kadrların heç birində Əli İnsanov yer almır.
Daha əvvəl onun HƏP İdarə Heyətinin iclaslarına sədrlik etdiyi məlum olsa da, İnsanov 2 ilə yaxındır bu səlahiyyəti də siyasi məsələlər üzrə müavini Qəvami Sadıqbəyliyə həvalə etdiyi görünür. Müxtəlif ictimai-siyasi hadisələrlə bağlı partiya adından yayılan mövqe yazılarına da onun imzası qoyulur.
Bu il ərzində partiyanın sosial şəbəkə hesabında İnsanovla bağlı yalnız bir məlumat var: Martın 22-də HƏP sədrinin 80 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub və İdarə Heyəti üzvləri onun tədbrik ediblər.
Əli İnsanovun ictimai-siyasi həyatdan hansı səbəbdən çəkilməsi maraq doğurur. O, yaşı, səhhəti və ya başqa bir səbəbdən bu qərarı verib?
Bu barədə sualımızı HƏP-in ictimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Abbaslıya ünvanlamaq istdik Ancaq onunla əlaqə qurmaq cəhdlərimiz alınmadı. Partiyanın mövqeyini də dərc etməyə çalışacağıq.
Rasim
“AzPolitika.info”