Əli İsa Cabbarov istefa ərizəsi YAZDI + ÖZƏL

28.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Kinematoqrafçılar İttifaqında bu gün İdarə Heyətinin iclasının keçirilib və iclasda Şəfiqə Məmmədovanın ittifaqın müvəqqəti idarəetməsini həyata keçirməsi ilə bağlı qərar qəbul edildiyi deyilir. 

“Cebheinfo.az”-a daxil olan məlumata görə, həmçinin AKİ-nin icraçı katibi Əli İsa Cabbarovun ərizə yazaraq həm vəzifədən, həm də ittifaq üzvlüyündən istefa verib. 

“Cebheinfo.az”-a açıqlamasında AKİ-nin icraçı katibi Əli İsa Cabbarov məlumatı təsdiq edib.

O qeyd edib ki, yeni sədr seckisi keçiriləndən və sədrin səlahiyyətləri təsdiq olandan sonra müqaviləsinə xitam veriləcək: 

“İcraçı katib olaraq müqaviləm qüvvəvdədir. İşdən və üzvlükdən çıxmaq haqqında ərizə vermişəm”. 

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarlar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Belə ki, qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra kino və incəsənət xadimləri səsvermənin legitimliyini şübhə altına alıb

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Kinematoqrafçılar İttifaqı Əli İsa Cabbarov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью