Əli Kərimli barədə qərar verildi Məhkəmə prosesi

06.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, Əli Kərimli 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью