Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq KONKRET

01.12.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

KONKRET.az Gununsesi.info-ya istinadən xəbər verir ki, AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o bugün təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью