Əli Kərimli DTX ya aparılıb AXCP SƏDRİ RAMİZ MEHDİYEV İŞİ NƏ CƏLB OLUNDU

29.11.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Şübhəli şəxs qismində saxlanılan AXCP sədri Əli Kərimli Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, AXCP sədrinin  dindirilməsi üçün prosessual hərəkətlərə başlanılıb.

Məlumata görə, Əli Kərimlinin özünün tələb etdiyi vəkil artıq istintaq orqanına dəvət olunub.

İlkin məlumatlara görə, Əli Kərimli sabiq PA rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzə aparılan istintaq çərçivəsində saxlanılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью