Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AXCP lideri Əli Kərimlinin ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Gununsesi.info bildirir ki, bu gün keçirilən məhkəmə iclasında Əli Kərimlinin vəkilləri onun tanınmış şəxs olmasını, heç bir yerə getməyəcəyini və şəhərin mərkəzində yaşamasını əsas gətirərək, ev dustaqlığına buraxılmasını məhkəmədən xahiş edib.
Ancaq məhkəmə bu vəsatəti rədd edib.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Firuzə
Gununsesi.info