Əli Kərimlidən xəbər var: Həyat yoldaşı ilə...

17.12.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həyat yoldaşı Samara Seyidova​​​​ dekabrın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında həyat yoldaşı ilə görüşüb.

Globalinfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, partiya sədri onun həbsini diqqətdə saxlayan və maraqlanan hər kəsə salam göndərib.

Xatırladaq ki, DTX noyabrın 29-da AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью