Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılıb.
Operativ Məlumat Mərkəzi Teleqraf-a istinadla xəbər verir ki, bu barədə partiya fəalları sosial mediada məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən Əli Kərimlinin yaşadığı ünvanda axtarış aparıldığı bildirilir.
Bundan başqa, Əli Kərimlinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur.