Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AXCP sədri Əli Kərimlinin saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında kamera yoldaşının dəyişdirildiyi bildirilir.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Əli Kərimlinin kamerasında terrorçu ittihamı ilə saxlanılan radikal dini baxışlı məhbus başqa kameraya köçürülüb.
Xatırladaq ki, son günlər mətbuatda Əli Kərimlinin saxlanıldığı kamerada yuxu rejiminin pozulması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatlarda onun kamera yoldaşının gecə saatlarında zikr etməsinin AXCP sədrinin normal yatmasına mane olduğu bildirilirdi.
Günay
Gununsesi.info