Əli Kərimlinin məhkəməsi keçiriləcək

13.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün – noyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, noyabrın 3-də keçirilən hazırlıq iclasında cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Əli Kərimli və Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar 2025-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Natiq Şəkinski

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью